Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması dekabr ayında da diqqətdə saxlanılmış, bir sıra  tədbirlər keçirilmişdir.

Ötən ay aztəminatlı ailələrin üzvü olan 200 nəfər qadınla əlaqə saxlanılaraq söhbət aparılmış, müvafiq peşə kurslarına cəlb olunması üçün 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası  tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası keçirilmişdir. Yarmarkaya muxtar respublikanın istedadlı və ailə təsərrüfatçısı olan qadınlarının 159-u konservləşdirilmiş, 6-sı süd məhsulları, 17-si meyvə qurusu, 47-si dərman bitkisi, 23-ü şirniyyat, 216-sı toxuma,  206-sı dekorativ, 8-i yağlı boya və dekorativ tablo və 160-ı tikmə olmaqla əl işi və ailə təsərrüfatı məhsulları çıxarılmışdır Hazırlanan işlərin onlayn sərgilənməsi üçün çəkilmiş fotolar Azərbaycan Mikromaliyyə Assosiasiyasına təqdim edilmiş və Virtual Sahibkarlar Yarmarkasının www.e-sergi.az səhifəsində yerləşdirilmişdir. Yarmarkada 9 qadının 132 manat dəyərində 37 ailə təsərrüfatı məhsulu satılmışdır. Məhsulların  satışının həyata keçirilməsi davam etdirilir. Həmçinin ay ərzində sərmayə kapitalı alan 7 qadının evində onun düzgün istifadə olunması ilə əlaqədar monitorinq keçirilmişdir.

Ötən ay “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilmişdir. “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqəyə 121 iş,  “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda yaradıcılıq müsabiqəsinə isə 64 film və foto təqdim edilmişdir. Müsabiqə qaliblərinə müvafiq olaraq pul mükafatı, hədiyyə və diplomlar təqdim olunmuşdur.

Hesabat ayında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər davam etdirilmiş, 7-si məktəbəqədər yaşlı olmaqla, 50  sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılmış və onlarla maarifləndirici söhbət aparılmış, 6 sağlamlıq imkanları məhdud uşaq məktəbdənkənar və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində tədbir keçirilmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli və aztəminatlı ailələrdən olan 42 nəfər uşağa hədiyyə və şirniyyatlar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 8 uşaq müəssisəsində monitorinqlər keçirilmiş, monitorinq zamanı aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir.

Dekabr ayı ərzində elektron məlumat bankına 679 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Joomla 1.5