11.01.21 17:50
Elektrokimyəvi reduksiya prosesləri tartrat turşusu (çaxır turşusu) elektrolitində aparılıb. Elmi nəticələrin dünya tədqiqatçılarının tədqiqat sonuclarından fərqliliyi də məhz bu məqama bağlıdır. Tartrat elektroliti məhlulunda aparılan reduksiyadan alınan təbəqələrin bir sıra əhəmiyyətli fiziki-kimyəvi parametrlərə malik olması kimi elmi nəticələrin müəlliflik şəhadətnaməsi ilə təsdiq edilməsi qarşıya məqsəd qoyulub. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə sifarişçi kimi razılaşdırılıb və ixtiraya dair sənəd-müəlliflik şəhadətnaməsi sifariş verilib. 2017-ci ilin aprelində verilən sifariş 2020-ci ilin oktyabrında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən dövlət reyestrində qeyd olunub.