28.01.21 19:01
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1291-2021-01-28-15-03-21.html#sigProId6278706815
Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq muxtar respublikada elektron məlumat bankı yaradılmışdır. 2016-cı ildən elektron məlumat bankı istifadəyə verilmişdir. 2019-cu ildə isə elektron məlumat bankının proqram təminatı təkmilləşdirilərək aid təşkilatların istifadəsinə verilmişdir. Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 26 dekabr tarixli 214 nömrəli Qərarı ilə əlavə və dəyişikliklər edilmiş, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bankın istifadəçiləri sırasına daxil edilmişdir.
Bankın administratoru təyin edilmiş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar haqqında daxil edilən fərdi məlumatlara mütəmadi olaraq nəzarət olunur və onlar üzərində təhlillər aparılır. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının əhəmiyyətindən, istifadəçilərin üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyin vacibliyindən və banka daxil edilən məlumatların zəruriliyindən ətraflı məlumat verən Komitə sədri bildirmişdir ki, hazırda banka istifadəçilər tərəfindən 32 mindən çox uşaq haqqında fərdi məlumat daxil edilmiş və onlar üzərində təhlillər aparılmışdır.
Bildirilmişdir ki, 2020-ci il ərzində banka uşaq haqqında fərdi məlumatların daxil edilməsi üçün 8403 yeni anket açılmış və müvafiq məlumatlar daxil edilmişdir. Ümumilikdə isə banka 32766 uşaq haqqında fərdi məlumatlar işlənmişdir ki, bunlardan da 30007-i uşaq haqqında fərdi məlumatların olduğu aktiv anketlərdir. 2020-ci il ərzində elektron məlumat bankına 15681-i Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, 8994-ü Daxili İşlər Nazirliyi, 6887-si Təhsil Nazirliyi, 2566-sı Səhiyyə Nazirliyi, 814-ü Dövlət Sosial Müdafiə Fondu, 251-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 40-ı Dövlət Miqrasiya Xidməti, 255-i Naxçıvan şəhər, 436-sı Şərur rayon, 1201-i Babək rayon, 718-i Ordubad rayon, 413-ü Culfa rayon, 1248-i Şahbuz rayon, 339-u Kəngərli rayonu, 284-ü isə Sədərək Rayon İcra hakimiyyətləri tərəfindən uşaqlar haqqında müvafiq fərdi məlumatlar banka daxil edilmişdir.
Komitə sədri bankın istifadəçilərinin müvafiq Qaydalara uyğun olaraq üzərlərinə düşən vəzifələri həyata keçirən və nöqsanlara yol verən iştifadəçiləri vurğulayaraq bankda olan çatışmazlıqları diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Apatarının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova tərəfindən məlumatların qanunamüvafiq daxil edilməsi qaydası və təhlillər zamanı aşkarlanan çatışmazlıqlar, bankın mövcud vəziyyəti istifadəçilərə əyani şəkildə nümayiş olunmuşdur.
Sonra elektron məlumat bankının istifadəçilərini maraqlandıran suallar cavablandırılmışdır.