03.02.21 15:24
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması ötən ay da diqqətdə saxlanılmış, bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq komitədə 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankında mövcud vəziyyət ilə əlaqədar iclas keçirilmiş, yanvar ayında elektron məlumat bankına istifadəçilər tərəfindən 549 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2020-ci il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlanmış, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş və İş Planı təsdiq olunmuşdur. Həmçinin komissiya tərəfindən muxtar respublikada uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlanmışdır.
Ötən ay valideyn himayəsindən məhrum olmuş 2 uşağın qeydiyyatı aparılmışdır.