Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 03 fevral tarixdə Sədərək rayon Sədərək Kənd Uşaq Bağçasında monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı təlim-tərbiyəyə cəlb olunan uşaqların məşğələlərdə iştirakı və tərbiyyəçilərin vahid proqram əsasında məşğələləri aparma prosesi, təsdiq olunmuş gün rejiminə, yemək qrafikinə əməl olunması, müəssisənin infrastrukturu və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaqların hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqana göndərilmişdir.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.

Joomla 1.5