Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 19 fevral tarixdə Naxçıvan Qızlar Liseyində monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı uşaqların dərslərə davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, lisey binasındakı şərait və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaq hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqana göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəkdir.

Joomla 1.5