Aztəminatlı ailəyə baş çəkilib

ÇapE-poçt

Muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması, sosial yönümlü layihələrdə iştirakı, hərtərəfli dövlət qayğısı ilə  əhatə  olunmasıdır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  və  Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq  aztəminatlı ailələrə  baş  çəkilir, onların problemləri  öyrənilir,  həlli  ilə əlaqədar  tədbirlər  görülür. Görülən  tədbirlərin  davamı olaraq  2021-ci il 19 fevral  tarixində   Naxçıvan şəhəri, Əlincə məhəlləsi bina 18, ev 41 ünvanında yaşayan aztəminatlı Baxşəliyevlər  ailəsinə baş çəkilib.

Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildirmişlər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində  muxtar  respublikada  ardıcıl və məqsədyönlü tədbirlər  həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlətin  dəstək və himayəsi ilə əhatələniblər. Belə ki,  ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.

Sonda  ailəyə ehtiyaclarına  uyğun koməklik göstərilib.

Aztəminatlı ailənin üzvü dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Joomla 1.5