Ədəbiyyat Muzeyi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Fevralın 27-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olublar.

Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki Muzeyi 1965-ci ildə yaradılmışdır. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş surətdə qeyd olunduğu gün, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika  Ədəbiyyat lərdə — 1967-ci il iyun ayının 12-də Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan şəhərində Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı oldu və muzeyə böyük Cəlil Məmmədquluzadənin adı verildi. Muzey fondu 3 zal, 7 bölmədən ibarətdir və 19200 eksponat var. Eksponatların 800-dən çoxu ekspozisiya zallarında nümayış olunur. Fondunda çoxəsrlik Azərbaycan Ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltaraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir.

Joomla 1.5