04.03.21 12:12
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, problemləri ilə maraqlanılır, həlli yolunda müvafiq tədbirlər görülür. Həyata keçirilən növbəti tədbirlərdən biri də 2021-ci il 03 mart tarixində Şərur rayon Yengicə kəndində yaşayan aztəminatlı Süleymanovlar ailəsində baş tutub.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildirmişlər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlətin dəstək və himayəsi ilə əhatələniblər. Belə ki, ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.
Sonda ailəyə ehtiyaclarına uyğun koməklik göstərilib.
Aztəminatlı ailənin üzvü dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.