Muxtar respublikada uşaq hüquqları qorunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü ilə birlikdə 2021-ci il 17 mart tarixdə Şərur rayonunun Danyeri kəndində  yaşayan valideyn himayəsindən məhrum Ələkbərov Zülal Mahir oğlunun, Dərəkənd kəndində yaşayan hər iki valideynini itirmiş Məmmədov Bədo Ramiq oğlunun və Məmmədova Songül Ramiq qızının olmaqla ümumilikdə 3 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir.  Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində  monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

Joomla 1.5