03.04.21 17:28
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1385-2021-04-05-08-12-25.html#sigProId176723d5cf
Aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.
Məlumat verilib ki, bu ilin yaz əkini dövründə muxtar respublikada 231 hektardan artıq sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 120 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən, 1300 kiloqram toxumdan istifadə olunacaqdır.
Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb, 12 mindən artıq ting əkilib. 9 hektar ərazidə isə bərpa əkini aparılıb.