30.04.21 15:27
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1414-2021-05-03-11-30-13.html#sigProId49a661cd5f
Layihə çərçivəsində muxtar respublikada yaşayan aztəminatlı ailənin üzvü və sağlamliq imkanları məhdud qadınlara sərmayə kapitalı verilmişdir.
Layihənin məqsədi müvafiq kateqoriyadan olan qadınlara iqtisadi dəstək göstərməklə onlara sərmayə kapitalının verilməsi, özünüməşğulluğunun təmin edilməsinə, fərdi təsərrüfatlarını qurmaqda köməklik göstərilməsinə, eləcə də onların yaşayış səviyyəsinin yüksəldilməsinə, ümumi olaraq qadın sahibkarliğının inkişafına şərait yaratmaqdan ibarətdir.Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır. 2021-ci il 29 aprel tarixdə sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda monitorinq keçirilmiş, bağlanılmış müqavilələrə uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmiş.Belə ki, ayrılan sərmayə kapitalı ilə Ordubad rayon Nüsnüs kənd sakini İsgəndərova Yeganə hana, bıçaq, əşya dolabı, dəzgah qabağı stul, əriş və müxtəlif rəngdə iplər alaraq milli sənətimiz olan xalaçaçılıqla məşgul olur. Ordubad şəhər sakinləri Rzayeva Rəvayə konservləşdirmə məhsulları alaraq müxtəlif növdə mürəbbələr hazırlayır. Kərimova Pərvanə verilən sərmayə kapitalının dəyərində overlyok , tikiş maşınları və ütü alaraq dərzilik sahəsi ilə məşğul olur. Həmçinin, Həsənova Samiyə toxuculuq məhsulları, İbrahimova Səma isə verilən sərbayə kapitalindan təyinatı üzrə mikser aparatı, elektrik sobası və şiriniyyat bişirilməsi üçün ləvazimatlar, alaraq fəaliyyətlərini genişləndirmişlər.Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər