Naxçıvan Muxtar Respublikasıda Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi diqqətdə saxlanılır

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.
Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı ilə birlikdə 2021-ci il 5 may tarixdə Şərur rayon Axaməd kəndində yaşayan valideyn himayəsindən məhrum Vəliyev Ümid Murad oğlunun yaşadığı ünvanda monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, uşaq aidiyyəti üzrə himayəyə verilmişdir. Monitorinq zamanı uşağın sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraiti, sosial vəziyyəti yoxlanılmış, himayədar və uşaq ilə geniş söhbət aparılmış, hüquqpozulması hallarına rast gəlinməmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.
Joomla 1.5