“Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrasına başlanılmışdır

ÇapE-poçt

Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihəsini icrası ilə əlaqədar tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Belə ki, dövlət qadın siyasətinin tərkibi olan qadınların sağlamlıqlarının və hüquqlarının qorunması, təhsili, məşğulluqlarının təmin olunması, mikro və makro sahibkar kimi fəaliyyət göstərmələri, onların peşə kurslarına cəlb olunması, ümumən qadınların muxtar respublikanın ictimai-siyasi və sosial - mədəni səhələrdə iştiraklarının artırılması ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq sahədə qanunvericilik aktları, Dövlət Proqramları qəbul olunur. Göstərilən qayğının nəticəsində Naxçıvan qadınları bütün sahələrdə, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir. Muxtar respublikada aparılan sosialyönümlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədilə 2021-ci ilin ötən dövrü ərzində 55 aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilmiş, qadınların özünüməşğulluqlarının təmin edilməsi üçün məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilmişdir. Həmçinin muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait yaradılır. Hazırda muxtar respublikada ümumilikdə 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O da, qeyd olunmuşdur ki, icrası başa çatan və müvəffəqiyyətlə icra olunan Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra etdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində öz biznes planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilmişdir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm də yeni ailə təsərrüfatlarının formalaşmasına şərait yaratmışdır. Hazırda muxtar respublikamızda 1040 ailə təssarüfatı fəaliyyət göstərir.

Ramilə Seyidova əlavə olaraq bildirmişdir ki, görülən işlərin davamı olaraq cari ildə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılmışdır. Komitə sədri lahiyə haqqında ətraflı məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində “Gələcəyini Planlaşdır” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Təlimlərin keçirilməsinin məqsədi də layihə iştirakçıları olan qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.

Ramilə Seyidova qeyd etmişdir ki, təlimlər zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarından və Naxçıvan şəhərindən olan 27 qadının iştirakı nəzərdə tutlmuşdur. Təlimlərin sonunda uğurlu biznes planı təqdim edən layihə iştirakçılarına sertifikatlar təqdim olunacaq və 20 qadına sərmayə kapitalı veriləcəkdir. Muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat verərək layihə çərçivəsində keçiriləcək təlimlər qadınların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının atmasına, onların gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirmişdir.
Layihə iştirakçıları İbrahimova Rəfayə, Salmanova Reyhan onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Sonra layihə rəhbəti Sevinc Rüstəmova maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır” təliminə start vermişdir. Təlimdə qadınlara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılması və maliyyə müstəqilliyinin təmin edilməsi haqqında məlumat vermişdir.
Təlim qarşılıqlı diskusiya şəklində keçirilmiş, qadınlar tərəfindən marqla qarşılanmışdır.
Joomla 1.5