24.05.21 15:50
Bildirilir ki, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində keçirilən Göycə məhsullarının satışı yarmarkasında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışı təşkil olunmuşdur.
Sərgi-satışda muxtar respublikadan olan 97 istedadlı qadının toxuma, muncuqla iş, dekorativ iş, tikmə, dekorativ tablo, gipslə iş, xalça, tikmə tablo, yağlı boya, sulu boya, yandırma tablo olmaqla, ümumilikdə 2028 əl işi sərgilənmişdir. 2 günlük sərgi-satışda 31 istedadlı qadının 605 manat dəyərində 118 əl işi satılmışdır.