24.05.21 18:49
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1470-2021-05-24-14-52-58.html#sigProIdde0cdfdfac
ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi və AMFA-nın Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə icra etdiyi “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində Maliyyə Savadlılığı üzrə təlim keçirilmişdir. 19 may 2021-ci il tarixdə keçirilən təlimdə 25 qadın, o cümlədən 4 sağlamlıq imkanları məhdud qadın iştirak etmişdir. Təlimdə iştirak edən 25 qadından, 11 nəfər Naxçıvan şəhəri, 2 nəfər Babək, 2 nəfər Culfa, 2 nəfər Şərur, 2 nəfər Şahbuz, 2 nəfər Kəngərli, 1 nəfər Ordubad və 3 nəfər Sədərək rayon sakinləri idir.