29.05.21 11:01
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1474-monitorinqlr-davam-edir.html#sigProIdd3d1965c6a
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır. 2021-ci il 27 may tarixdə sərmayə kapitalı almış 4 qadının yaşadığı ünvanlarda monitorinq keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmiş, əksinə sərmayə kapitalından duzgün istifadə edərək təsərrüfatlarını artırmışlar.
Belə ki, ayrılan sərmayə kapitalı ilə Şahbuz rayon Külüs kənd sakini Quliyeva Münəvvər xırdabuynuzlu 5 baş keçi alaraq artırmış, 16 baş keçi əldə etmiş, Aşağı Qışlaq kənd sakini Məhərrəmova Südabə 1 baş inək almış, 1 balası olmuş, Badamlı kənd sakini Seyidova Bahar 1 yanı balalı inək almış, həm balavermə yolu ilə, həm də əldə etdiyi gəlir və öz şəxsi büdcəsi hesabına artıraraq 22 baş iribuynuzlu heyvan əldə etmişdir. Gömür kənd sakini Ağamalıyeva Xanım 1 baş inək alaraq iribuynuzlu heyvandarlıqla məşğul olmağa başlamışdır.
Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.