Naxçıvan Dövlət Tarix Muzeyi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. May ayının 29- da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyində olublar. Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, muzey 1924-cü ildə yaradılmış, 1968-ci ildə isə dövlət statusu verilmişdir.

Muzey 10 şöbədən ibarətdir. Muzeydə 50 min eksponant var ki, bunlardan 30 mini hazırda sərgilənməkdədir. Burada gələn qonaqlara Ümummilli liderin həyatı və siyasi youlunu, Naxçıvandakı fəaliyyətini əks etdirən rəsmlərdən ibarət güşə nümayiş etdirilir eyni zamanda Naxçıvanın bəşəriyyətin qədim yaşayış məskənlərindən biri olduğunu sübut edən müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.

 

Joomla 1.5