“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə qanvermə aksiyası keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması üçün görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Belə ki, “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 33 əməkdaşı aksiyada iştirak edib. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçiriliblər. Aksiyada hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün ümumilikdə 16 litr qan toplanılıb.
Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsi ənənəvi hal alıb. Belə ki, artıq 11 ildir ki, aid təşkilatların əməkdaşları "1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ərəfəsində könüllü olaraq aksiyada iştirak edirlər. Əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.
Joomla 1.5