“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə M.Füzuli adına Ordubad Şəhər tam orta İnternat Məktəbində uşaqlarala görüş keçirilmişdir

ÇapE-poçt

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə keçirilən tədbirlərin davamı olaraq növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhərində fəaliyyət göstərən M.Füzuli adına Ordubad Şəhər tam orta İnternat Məktəbində keçirilmişdir.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bu günün əhəmiyyətinə toxunaraq, bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, erkən nikaha və cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Çıxış edənlər sonda uşaqlara təhsil həyatlarında müvəffəqiyyətlər, gələcək həyatlarında uğurlar arzulayıb, əlamətdar gün münasibəti ilə uşaqları təbrik etmişlər.

M.Füzuli adına Ordubad Şəhər tam orta İnternat Məktəbin şagirdi İsmayılov Yunis çıxış edərək şagirdlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideyn himayəsində yaşayan və aztəminatlı ailələrdən olan 41 uşağa hədiyyə və şirniyyat bağlamaları təqdim edilmişdir.

Joomla 1.5