03.06.21 16:39
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1485-2021-06-05-06-27-38.html#sigProId3ea7a7c7d9
Növbəti -“sahibkar ol” adlı təlim Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilib.
Təlimdən əvvəl Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti, bu sahədə görülən işlər və əldə olunan uğurlar haqqında iştirakçılara ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, dövlət qadın siyasətinin tərkibi olan qadınların məşğulluqlarının təmin olunması, onların peşə kurslarına cəlb olunması ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq sahədə qanunvericilik aktları, Dövlət Proqramları qəbul olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikanın rayonlarında aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlimlər keçirilir, qadınların özünüməşğulluqlarının təmin edilməsi üçün sərgi-satışlar təşkil edilir, qadınların əl işlərinin satilması məqsədilə müxtəlif tədbirlər görülür. Həmçinin muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün mikro və makro sahibkar kimi fəaliyyət göstərməsi üçün dövlət tərəfindən dəstək göstərilir bunun da nəticəsində ildən ilə sahibkar qadınların sayı artır. Gostərilən diqqət və yaradılann şərait Naxçıvan qadınların bütün sahələrdə, xüsusən də özəl sektorda geniş təmsil olunmalarına əsaslı təsir göstərir
Ramilə Seyidova muxtar respublikada həyata keçirilən əvvəlki layihələrin uğurlu nəticələri haqqında layihə iştirakçilarına məlumat vermiş, əminliyini bildirmişdir ki, bu layihə çəçivəsində keçirilən təlimlərdə iştirakçılar öz maliyyə savadlılıqlarını artirmaqla öz təsıərrüfatlarını və ya məşğul olacaq fəaliyyət sahələrini qurmaqla gələcəkdə mikro və makro sahibkar olacaqlar. O da, qeyd olunmuşdur ki, layihə çərçivəsində may ayında maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır” təlimi keçirilmiş, təlimdə 2-si Şərur, 2-si Babək, 1-i Ordubad, 3-ü Culfa, 2-si Şahbuz, 2-si Kəngərli, 3-ü Sədərək rayonlarından və 12-si Naxçıvan şəhərindən olmaqla, ümumilikdə 27 qadının iştirakı təmin olunmuşdur.
Qadınlardan 10-u maldarlıq, 2-si arıçılıq, 1-i üzümçülük, 1-i heyvandarlıq (qoyun), 1-i əkinçilik və quşçuluq, 1-i konservləşdirmə, 1-i xalçaçılıq, 4-ü dərzilik, 3-ü dekorativ tətbiqi sənət, 1-i dekorativ tətbiqi sənət və tikmə, 2-si toxuculuq, 1-i ənənəvi qədimi döyüş paltarlarının təchizatı olmaqla 28 nəfər layihədə iştirak edirlər
layihə çərçivəsində öz biznes planı ilə fərqlənən 20 nəfər qadına maksimum 500 Amerika Birləşmiş Ştatları dolları məbləğində sərmayə kapitalı veriləcəkdir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişafına şərait yaradacaqdır.
Qeyd edək ki, layihə çərçivəsində veriləcək Sərmayə kapitalinin 70 faizi ailə təsərrüfatlarının yaradılmasına, qalan məbləğlər isə qadınların məşğulluqlarının artırılması istiqamətindəki digər sahələrin yaradılması və inkşafına ayrılacaqdır.
Ramilə Seyidova Muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihə çərçivəsində keçirilən “Sahibkar ol” təlimi haqqında layihə iştirakçılarına ətraflı məlumat verərək, qadınlar üçün keçirilən təlimlər onların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirmişdir. Sevinc Rüstəmova təlimın əsas məqsədlərindən birinin də, qadınlara sahibkarlıq haqqında əsas anlayışlar, bu sahədə onların bilik və bacarıqlarının təhlili eyni zamanda uzunmüddətli gəlir gətirən sahələri yaratmaq üçün biznes təşəbbüslərinin ortaya qoyulmasına imkan yaratmaq olduğunu vurğulamışdır. Sonra layihə rəhbəri Sevinc Rüstəmova “Sahibkar ol!” təliminə start vermişdir.
Təlimdə Sahibkarlıq fəaliyyətinin vacibliyi, uğurlu biznes planlaşmasının məhrhələləri, biznes ideyalarının təsvir edilməsi, marketinq planlarının hazırlanması, lazım olan resurslar, sərmayə kapitalının maliyələşdirilməsi və biznes planlarının hazırlanması ilə bağlı qadınlara ətraflı məlumat verilmişdir. Təlim qarşılıqlı diskusiya şəklində keçirilmiş, qadınlar tərəfindən maraqla qarşılanmışdır. Təlimin sonunda layihədə iştirak edən qadınlara sertifikatlar təqdim olunmuşdur.