“Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində “sahibkar ol” təlimlərinə yekun vurulub

ÇapE-poçt

Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi“İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çəçivəsində keçirilən təlimlər başa çatıb.

Yekun təlimdə belə sosial layihələrin keçirilməsinin əhəmiyyətinə toxunan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova bildirdi ki, qadınların maliyyə savadlılığının artırılması, onların məşğulluqlarının təmin olunması, muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları,həmçinin onların kredit resurslarından və dövlət tərəfindən yaradılan müxtəlif imkanlardan istifadə etmələri muxtar respublikada sahibkar qadınların sayının ildən ilə artaraq bütün sahələrdə, xüsusən də özəl sektorda geniş təmsil olunmalarına gətirib çıxarmışdır.

Aytən Məmmədova muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çərçivəsində keçirilən “Sahibkar ol” təlimi haqqında geniş çıxış etmiş, təlimdə Sahibkarlıq fəaliyyətinin vacibliyi, uğurlu biznes planlaşmasının mərhələləri, biznes ideyalarının təsvir edilməsi, sərmayə kapitalının maliyələşdirilməsi və biznes planlarının hazırlanması ilə bağlı qadınlara ətraflı məlumat verərək, təlimə başlamışdır. Təlimdə qadınlar tərəfindən biznes planları hazırlanmışdır.

Əlavə olaraq qeyd edək ki, muxtar respublikanın şəhər və rayonlarından olan qadınlardan 10-u maldarlıq, 2-si arıçılıq, 1-i üzümçülük, 1-i heyvandarlıq (qoyun), 1-i əkinçilik və quşçuluq, 1-i konservləşdirmə, 1-i xalçaçılıq, 4-ü dərzilik, 3-ü dekorativ tətbiqi sənət, 1-i dekorativ tətbiqi sənət və tikmə, 2-si toxuculuq, 1-i ənənəvi qədimi döyüş paltarlarının təchizatı olmaqla ümumilikdə 28 qadının layihədə iştirakı təmin edilmişdir. Məlumat üçün bildirək ki, “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində öz uğurlu biznes planı ilə fərqlənən 20 layihə iştirakçısına sərmayə kapitalının verilməsi nəzərdə tutulmuşdur

Joomla 1.5