Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək

ÇapE-poçt

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.

İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb

Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılıb.

Joomla 1.5