08.06.21 16:59
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 8 iyun tarixdə Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarını əhatə edən bütün sahələr yoxlanılmışdır.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir