Şəhid və qazi uşaqları ilə görüş keçirilib

ÇapE-poçt

26 iyun Azərbayacan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə Naxçıvan şəhərində yerləşən Sahil Parkında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə şəhid və qazi uşaqları ilə görüş keçirilib.

Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təşkilatçı qrumların rəhbərləri günün əhəmiyyətinə toxunmuş, şəhid və qazilərimizin cəmiyyətdə ən yüksək hörmət və diqqətə layiq olduqlarını vurğulamışdır. Şəhid və qazi ailələrinin sosial - məişət şəraitlərinin həlli istiqamətində qəbul edilən Dövlət Proqamları və digər sosial tədbirlərin uğurla həyata keçirildiyi diqqətə çatdırılmışdır. Çıxış edənlər 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibət ilə tədbir iştirakçılarını təbrik etmişlər.

Şəhid övladı Cəfərova Zümrüd Etibar qızı, qazi Hüseynov Vahid Zahid oğlu və sosial könüllü Əlizadə Gülcan Aqil qızı çıxış edərək, vətən uğrunda aparılan mübarizənin müqəddəs vəzifə olduğunu qeyd etmiş, bu yolda canından və sağlamlıqlarından keçən hər bir şəhid və qaziyə borclu olduğumuzu ifadə etmişlər.

Tədbir Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansambılının ifasında günün məna və mövzusu ilə səsləşən gözəl musiqi nömrələriylə davam etmişdir.

Sonra təşkilatçılar tərəfindən şəhid və qazi uşaqlarına hədiyyələr təqdim edilmişdir.

sonda xatirə şəkli çəkdirilib.

Joomla 1.5