Sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir

ÇapE-poçt

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada yaşayan aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır. 2021-ci il 25 iyun tarixdə sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda monitorinq keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. Əksinə sərmayə kapitalından duzgün istifadə edərək, təsərrüfatlarını artırdıqları məlum olmuşdur.Belə ki, ayrılan sərmayə kapitalı ilə Culfa şəhər sakini Həşimova Günel Məcnun qızı hazırladığı şirniyyat məhsullarını saxlamaq üçün soyuducu almışdır. Culfa rayon Dizə kənd sakinləri Tağıyeva Nadilə Həsən qızı xırdabuynuzlu 5 baş keçi aldıqdan sonra təsərrüfatını artıraraq, 10 baş keçi əldə etmiş, Əliyeva Zeynəb İsmayıl qızı isə 1 baş inək almış, təsərrüfatını artıraraq iribuynuzlu heyvanlarının sayını ikiyə çatdırmışdır. Yaycı kənd sakinləri İbrahimova Səkinə Firudin qızı 4 baş qoyun almış, artıraraq 10 baş xırdabuynuzlu heyvan əldə etmişdir. Quliyeva Xəyalə Şahmərdan qızı isə yanıbalalı inək almış və iribuynuzlu heyvandarlıqla məşğul olmağa başlamışdır.Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5