"QARABAĞ" ORDENİ ŞƏHİDİN ATASINA TƏQDİM EDİLİB

ÇapE-poçt

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müxtəlif medallarla təltif olunan Azərbaycan ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.

Ordenin şəhidin atası Elsevər Zeynalova təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilov çıxış ediblər. Vurğulanıb ki, şanlı qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, hər bir azərbaycanlının azadlıq arzusu idi. Vətən uğrunda döyüşlərə atılan həmin igid oğullarımızdan biri də Naxçıvan şəhərindən olan Zeynalov Elnur Elsevər oğludur. O, xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 iliyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Elnur Zeynalov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Elnur Zeynalov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa, həmçinin hərbi quluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif olunub. Daha sonra şəhid zabitin layiq görüldüyü "Qarabağ" ordeni şəhidin atası Elsevər Zeynalova təqdim olunub. Şəhid atası övladına verilən bu yüksək qiymətə, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Joomla 1.5