9 iyul 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

ÇapE-poçt

Komitə sədri Bahar Muradova iclası giriş sözü ilə açaraq, Vətən müharibəsindən sonra Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə diqqət çəkib və son aylarda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi, siyasi və hərbi-siyasi layihələrdən bəhs edərək bu uğurların postmüharibə dövründəki fəaliyyətimizin daha geniş sferaları əhatə etməsinə töhfə verdiyini vurğulayıb.

Digər dövlət orqanları kimi Dövlət Komitəsinin də öz növbəsində COVİD-19 pandemiyasının qarşımıza qoyduğu yeni tələblərə uyğun olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2021-ci ilin birinci yarısı üçün təsdiq edilmiş Tədbirlər Planının bütün istiqamətləri üzrə geniş fəaliyyət göstərilib, müharibədən sonrakı dövrdə zərərçəkmiş ailələrlə, həssas qrupa daxil olan insanlarla iş aparılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd edib ki, ölkəmizdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar.

Bildirilib ki, bu gün muxtar respublikada ailələrin maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni iş yerləri açılır, ailə tasarrüfatları qurulur, istedadlı qadınların, həmçinin sağlamlıq imkanları məhdud qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. aztəminatlı ailələr özünüməşğulluq proqramlarına cəlb olunurlar.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş vətəndaşları ailələrinin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Gənc ailələrin sosial müdafiəsi gücləndirilir, mənzil sahibi olması üçün lazımi işlər görülür.

Muxtar respublikada ailələrə öz təsərrüfatlarını qurmaq va onu daha da inkişaf etdirmək üçün əlverişli şərait yaradılır, onlar fəaliyyət istiqamətlərinə uyğun olaraq verilmiş aktivlərdən səmərəli istifadə edərək öz təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirir, bu da onların sosial rifah halının yaxşılaşmasına və muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına müsbət təsir göstərir.

Qeyd olunub ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara hərtərəfli dövlət dəstəyi göstərilir. Qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, onların ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə rolunun artdığının şahidi oluruq.Həmçinin muxtar respublikada qadın sahibkarlığın təşviq edilməsi üçün qeyri-hökumət təşkilatları ila birlikdə artıq anana halını almış bir sıra layihələr hayata keçirilir va hazırda da bu layihələr davam etməkdədir. Həmin layihələr çərçivəsində ilkin mərhələdə təlimlər keçirilir və sonrakı mərhələdə isə qadınlara sərmyə kapitalı verilir. Qadınlarımız onlara verilən sərmyə kapitalından səmərəli istifadə edərək fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərini qurur va inkişaf etdirirlər. Bunun nəticəsində qadınlar öz təsərrüfatlarını inkişaf etdirməklə yanaşı sahibkar olaraq da fəaliyyətlərini davam etdirirlər.

Dövlətimizin qayğısından bəhrələnən Naxçıvan qadınları dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi va mədəni hayatında fəal iştirak edərək muxtar respublikamızın sosial iqtisadi, elmi-intellektual potensialının mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər, qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət təltiflərinə layiq görülür, yubileyləri qeyd olunur.

Ramilə Seyidova ətraflı məlumat verək bildirib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təlim-tərbiyəsinə, taəhsilinə xüsusi diqqət va qayğı göstərilir, hüquqlarının qorunması ilə əlaqədar monitorinqlər taşkil edilir. Valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlər görülür. Həmin kateqoriyadan olan uşaqlar cəmiyyətə inteqrasiya olunur, muxtar respublikanın məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müassisələrində təlim tarbiyə alır, istedad va bacarıqlarını inkişaf etdirirlər.

Muxtar respublikada uşaqların təhsili və istedadlarının aşkarlanması, mənəvi və intellektual inkişafı, asuda vaxtının və tərbiyəsinin düzgün təşkili daim diqqət mərkəzində saxlanılır. Həmçinin onların, xüsusən də xüsusi qayğıya ehtiyacı olan uşaqların "Yay məktəblərində" və ekskursiyalarda iştirakı təşkil edilir, məktəbdənkənar təhsil müəssisələrində, liseylərdə innovativ darnəklər va steam otaqları yaradılır ki, bu da uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin, eləcə də onlarda riyazi təfəkkürün inkişafının və yaradıcılıq qabiliyyətinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Ramilə Seyidova bildirib ki, uşaqlara göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublikada hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur. Naxçıvan Şəhər Körpələr Evi Ailələrə Dəstək Markəzində yaşayan valideynləri tərəfindən atılmış uşaq, həmçinin Ordubad rayon M.Fizuli adına tam orta internat maktabində təhsil alan valideyn himayəsindan məhrum uşaq yoxdur. Bu da həyata keçirilən uğurlu dövlət uşaq siyasətinin nəticəsidir.

Sonda Ramilə Seyidova qeyd olunan bütün uğurlara və əldə olunan nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirib

Sonra Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva "Postmüharibə dövründə ailələrə psixo-sosial dəstək layihəsi" çərçivəsində görülən işlərdən danışaraq layihənin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Hazırda Komitə tərəfindən məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsi, o cümlədən, iqtisadi iştirakçılığının artırılması, uşaq liderliyinin inkişaf etdirilməsi, hüquqlarının müdafiəsi istiqamətində planda və gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakçılığının artırılması ilə bağlı ehtiyaclarının, maraqlarının təmin edilməsi istiqamətində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin gücləndirilməsi məsələsinə diqqət çəkib. Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən bəhs edən sədr müavini onların fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Komitənin bu ilin 6 ayı ərzində daha çox postmüharibə dövründə icma dəstəkli layihələri diqqətdə saxladığını vurğulayaraq, Resurs Mərkəzlərinin də bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacib olduğunu bildirib.
Daha sonra çıxış edən sədr müavini Aynur Sofiyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər planının icrası haqqında geniş məlumat verib.
Gündəlikdə duran cari məsələ kimi “2021-2023-cü illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası” ilə bağlı çıxış edən İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, dövlət idarəetmə sistemində aparılan hərtərəfli və davamlı islahatlar, kommunikasiya vasitələrindən istifadə imkanlarının daha da genişləndirilməsi, innovativ informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hər bir qurumda vahid kommunikasiya strategiyasının formalaşmasını və həyata keçirilməsini, eləcə də, media və vətəndaş cəmiyyəti institutları ilə çevik əlaqələrin qurulmasını zəruri edir.
İclasda cari ilin yanvar-iyun ayı ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.
Bahar Muradova yekun nitqi ilə çıxış edərək, Komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb. Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.
Qeyd edək ki, onlayn iclasda Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və Qadın Resurs Mərkəzlərinin nümayəndələri də iştirak edib.

Joomla 1.5