Uşaqlar üçün asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə ekskursiya təşkil edilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tətil günlərində şəhid övladlarının, sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailənin üzvü, valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil edilib.

Ekskursiyada 23 nəfər uşaq iştirak edib. Uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Nəbatat

Bağı, Xatirə Muzeyi, Şəhidlər Xiyabanı ilə tanış olublar. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır.

Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra uşaqlar Döyüş Şöhrəti Muzeyində olublar. Ümumilikdə burada, müstəqillik illərində döyüş növbətçiliyinə qəbul edilmiş müxtəlif adda silah, texnika və qurğu, döyüş-nəqliyyat vertolyotu, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş etdirilir.

Uşaqlar daha sonra AMEA Naxçıvan Bölməsinin Nəbatat bağını gəziblər. Uşaqlara Nəbatat bağı haqqında ətraflı məlumatb verilib. Uşaqlar buradakı gəzintisini bitirdikdən sonra Xatirə muzeyinə yollanıblar. Muzey bələdçisi tərəfindən uşaqlara məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini

əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Sonra uşaqlar torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz, azadlığımız uğrunda canından keçən vətən oğullarının xatirəsinin əbədiləşdirildiyi şəhidlər xiyabanını ziyarət ediblər.

Sonda uşaqlara Naxçıvan Dövlət Film Fondunda “Matteo Falkone” filmi nümayiş etdirilmişdir.

Qeyd edək ki, bu qəbildən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün bu səpkidə tədbirlər davam etdiriləcəkdir.

Joomla 1.5