Toxuculuq təlimləri davam edir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad  Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyul ayının 26-da qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı növbəti təlim keçirilmişdir.

Təlimdə 14 sağlamlıq imkanları məhdud qadın, 3 aztəminatlı ailənin üzvü və  Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla cəmi 21 nəfər iştirak edib.

Ordubad  Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbahət Mehdiyeva tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək, Culfa, Şərur, Şahbuz və Babək rayonlarında təlimlər keçirilmişdir. Bu gün həyata keçirilən toxuculuq təliminin də görülən işlərin davamı olduğunu qeyd etmişdir.

Sonda təlimçi istedadlı toxucu qadın Reyhanə Rəhimova təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Joomla 1.5