Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər davam etdirilir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 28 iyul tarixdə Babək rayonunun Cəhri qəsəbəsində yaşayan, nənə – Rüstəmova Ruqiyyə Əbilhəsən qızının himayəsində olan, hər iki valideynini itirmiş Rüstəmova Ayşə Pərviz qızı və Rüstəmov Nəcəf Pərviz oğlunun yaşadıqları ünvanda monitorinq keçirilmişdir.

Monitorinq zamanı hər iki valideynini itirmiş Rüstəmova Ayşə və Rüstəmov Nəcəfin yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, umumiyyətlə hüquqlarının qorunması yoxlanılmış, heç bir qanun pozuntusu aşkar olunmamışdır. Həmçinin himayədar və uşaqlarla aparılan söhbət zamanı uşaq hüquqları ilə bağlı qanunazidd hallarının olmadığı müəyyən edilmişdir.

Joomla 1.5