Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər davam etdirilir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 7 avqust tarixdə Naxçıvan şəhər Xətai məhəlləsi ev 33, mənzil 4 ünvanında  yaşayan, əmi – Abbasov Oruc Abasəli oğlunun  himayəsində olan, valideyn himayəsindən məhrum  Abbaslı Hüseynağa Həsən oğlunun yaşadığı ünvanda monitorinq keçirilmişdir.

Monitorinq zamanı  valideyn himayəsindən məhrum  Abbaslı Hüseynağa Həsən oğlunun yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, ümumiyyətlə hüquqlarının qorunması yoxlanılmış, heç bir qanun pozuntusu aşkar olunmamışdır. Həmçinin himayədar və uşaqla aparılan söhbət zamanı uşaq hüquqları ilə bağlı qanunazidd hallarının olmadığı müəyyən edilmişdir.

Joomla 1.5