Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi muzey günləri çərçivəsində Yusif Küseyr oğlu türbəsində olublar

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Avqust ayının 28- də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Yusif Küseyr oğlu türbəsində olublar.

Abidə haqqında kollektivə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, abidə xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. Səkkiz əsrdən çox yaşı olan türbə yeraltı sərdabədən və yerüstü qülləvari hissədən ibarətdir. Məlumat verilmişdir ki, yüksək mühəndis istedadının nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə bildirir ki, "Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur". Həmin kitabə türbənin hicri 557 ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir" şəklində türbənin memarının adı qeyd olunmuşdur.

Qeyd edilmişdir ki, kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq nümunəsidir.

Joomla 1.5