Xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Babək rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına 15 sentyabr - Bilik Günü ilə əlaqədar məktəbli forması və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Hüseynli açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Vüsal Süleymanlı muxtar respublikada, o cümlədən Babək rayonunda sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs etmişlər.

Tədbirdə Babək rayonu üzrə 20 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 75 sağlamlıq imkanları məhdud və 10 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 105  nəfərə məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5