2020- ci il. 27 sentyabr.Bu tarix xalqımızın çoxəsirlik qəhrəmanlıq səlnaməsinin ən möhtəşəm səhifəsidir.

ÇapE-poçt

30 illik intizardan sonra düşmənin cəbhədə törətdiyi intensiv təxribatlara qarşı ordumuzun bütün cəbhəboyu başlatdığı əks hücum əməliyyatı cəmi 44 gün davam etmiş, düşmənin "keçilməz" səddlər, "yenilməz" ordu mifologiyası darmadağın edilmiş, qarşı tərəfin ağır kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan ordusu dünyanın hərb tarixində misli görünməmiş sürətli hücum əməliyyatları və döyüş taktikası ilə qısa müddətdə- noyabr ayının 9-dək işğal altındakı xalqımızın qədim mədəniyyət mərkəzi- Şuşa şəhəri də daxil olmaqla 5 şəhər, 4 qəsəbə və ümumilikdə 300- dən çox yaşayış məntəqəsi eləcə də, Murovdağ istiqamətində bir çox strateji yüksəklikləri işğaldan azad etmiş, daha sonra düşmənin imzaladığı kapitulyasiya aktında göstərilən tarixlərdə Ağdam, Laçın və Kəlbəcər rayonları bir mərmi belə atılmadan geri qaytarılmışdır. Beləliklə düşmən üzərində qəti qələbə qazanılmış, Ermənstan ordusu canlı qüvvə və texnika baxımıdan demək olar ki, tamamilə məhv edilmiş, ölkəmizin suveren hüquqları və ərazi bütövlüyümüz təmin edilmişdir.

27 sentyabr tarixi Müzəffər Ali Baş Komandan və əsgərlərinin "Dəmir yumruğ"u ətrafında birləşən on milyonluq Azərbaycan xalqının haqq, ədalət uğrunda başladığı və möhtəşəm qələbə ilə müjdələnən mübarizəsinin başlanğıc günüdür.

" Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi rəsmləşdirilmişdir.

Ölkəmizin azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsini hər zaman hörmətlə yad edir, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Joomla 1.5