ELAN

ÇapE-poçt

Əziz izləyicilər!

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək istəyən telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar öz film və fotolarını şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anket ilə birlikdə 2021-ci il 30 sentyabr tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Müsabiqəyə aşağıda göstərilən mövzular ilə bağlı işlər təqdim oluna bilər:

Vətənpərvərlik,

xalqımızın ailə dəyərləri,

adət-ənənələri, ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği,

ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri,

nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti,

ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı,

qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar,

övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı,

qonaqpərvərlik ənənələrimizin təbliği.

Əlavə olaraq bidirilir ki, müsabiqədə bir müəllif 1 və ya son hədd 5 ədəd olmaqla film və foto ilə iştirak edə bilər.

Film (5 dəqiqədən artıq olmaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda); foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda), 20x30 sm və daha böyük ölçülü rəngli kağız formatda olmalıdır.

Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.

Müsabiqəyə təqdim olunmuş işlər “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Qaliblərə təşkilatçılar tərəfindən müvafiq diplom, qiymətli hədiyyə və pul mükafatı veriləcəkdir.

Birinci yer (2 nəfər) – Diplom və pul mükafatı (hər biri 200 AZN olmaqla)

İkinci yer (2 nəfər) – Diplom və pul mükafatı (hər biri 150 AZN olmaqla)

Üçüncü yer (2 nəfər) – Diplom və pul mükafatı (hər biri 100 AZN olmaqla)

Həvəsləndirici yer (6 nəfər) – Diplom və qiymətli hədiyyə

Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

Tel: 550-87-14

www.aqupdk.nakhchivan.az

elektron poçt ünvanı : Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Joomla 1.5