Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər davam etdirilir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 29 sentyabr tarixdə baba – Məmmədov Zakir Əli oğlunun qəyyumluğunda olan, Şərur rayon Məmmədsabir kəndində  yaşayan, valideyn himayəsindən məhrum Musayev Ayxan Vüsal oğlunun və xala-Babayeva Şəhla Hacı qızının himayəsində olan, hər iki valideynini itirmiş  Şərur rayon Siyaqut kəndində yaşayan Qasımov Kamran Baloğlan oğlunun yaşadığı ünvanda monitorinq keçirilmişdir.Monitorinq zamanı uşaqların yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, ümumiyyətlə hüquqlarının qorunması yoxlanılmış, heç bir qanun pozuntusu aşkar olunmamışdır. Həmçinin qəyyum, himayədar və uşaqlarla aparılan söhbət zamanı uşaq hüquqları ilə bağlı qanunazidd hallarının olmadığı müəyyən edilmişdir

Joomla 1.5