Monitorinq keçirilib

ÇapE-poçt

Muxtar respublikada qadınlara, o cümlədən qadın sahibkarlığına göstərilən qayğının nəticəsidir ki, qadınların özünüməşğulluq mövqeyi güclənir, iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır.

2021-ci il 30 sentyabr tarixdə sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda monitorinq keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. Əksinə sərmayə kapitalından duzgün istifadə edərək, təsərrüfatlarını artırdıqları məlum olmuşdur. Belə ki, ayrılan sərmayə kapitalı ilə Culfa rayon Kırna kənd sakinləri Mirzəyeva Elnurə Tağı qızı, Bayramova Çiçək Yunis qızı, Əliyeva Fatma Əyyub qızı, Bənəniyar kənd sakini Məhərrəmova Xasa İsmayıl qızı verilən sərmayə kapitalı ilə hər biri 1 baş iribuynuzlu heyvan alaraq təsərrüfatlarının qurmuş və inkşaf etdirmişlər. Bundan əlavə Culfa şəhər sakini İbrahimova Aidə Vahid qızı aldığı sərmayə kapitalı ilə toxuculuq məmulatları-hana və alətlər alaraq, aldığı məhsulları təyinatına uyğun olaraq istifadə edərək əlavə gəlir əldə etmişdir. Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5