01 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı Şahbuz şəhərindəki Ahıllar Evində tədbir keçirilmişdir.

ÇapE-poçt

Muxtar respublikada cəmiyyətin hər bir üzvünə olduğu kimi ahıl vətəndaşlara da hərtərəfli diqqət və qayğı göstərilir. Bu məqəsədlə  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı Şahbuz şəhərindəki Ahıllar Evində tədbir keçirilmişdir.

Keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev muxtar respublikada ahıl insanlara göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, hər zaman  ahıl vətəndaşların sosial problemləri ilə maraqlanılır, dövlətimiz tərəfindən qadınlara hərtərəfli diqqət və qayğı göstərilir, onların hüquqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ahıl qadınlara göstərilən sosial xidmətlər, onlarla keçirilən görüşlər bunun əyani təzahürüdür.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirdi ki, dövlətimiz tərəfindən sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar qayğı ilə əhatə olunub. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində xidmət göstərilir. Eyni zamanda tənha ahıl qadınlara evlərində də lazımi köməklik edilir. Belə insanlar mütəmadi olaraq evlərində ziyarət olunur, onların qayğıları öyrənilir və zəruri problemləri qısa zamanda həllini tapır.

Yaşından asılı olmayaraq, hər bir qadının mənəvi dayağa, ülvi məhəbbətə, isti münasibətə ehtiyacı var. Ona görə də heç kəs bu qayğını insanlardan əsirgəməməlidir. Elə buna görə də Ahıllar Evinin sakinləri demək olar ki, mütəmadi ziyarət olunur, onların çətinlikləri öyrənilir və zəruri problemləri qısa zamanda öz həllini tapır.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək muxtar respublikamızda ahıl insanlara göstərilən qayğıdan ətraflı bəhs etmişdir. Onların sosial təminatlarının yaxşılaşdırılması, sağlamlıqlarının müdafiəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, əlamətdar günlərininn qeyd olunması daim diqqətdə saxlanılır. Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da daim diqqət mərkəzində saxlanılır. Dövlət qurumları tərəfindən mütəmadi olaraq ahıllarla görüşlər keçirilir, onların evlərinə baş çəkilir, problemləri ilə yaxından maraqlanılır.

Tədbirdə Ahıllar Evinin sakinləri ilə yanaşı Şahbuz rayonundan olan xidmət göstərilən tənha ahıllar da iştirak etmişdir.

Ahıllar Evinin sakinlərinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Ahıllar göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin "Batabat" instrumental ansambılının ifasında musiqi nömrələri səsləndirilmişdir.

Joomla 1.5