Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüquqlarının həyata keçirilməsi diqqət mərkəzindədir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində  bu qəbildən olan uşaqların təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında mühüm tapşırıqlar qoyulub. Bu məqsədlə Komitə tərəfindən aidiyyəti qurumlarla birgə muxtar respublikanın şəhər, rayon və kəndlərində 6 yaşadək sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirilmişdir.

Artıq cari ilin avqust-sentyabr ayları ərzində keçirilmiş birgə monitorinqlər nəticəsində Naxçıvan şəhəri üzrə 7, Şərur rayonu üzrə 8, Ordubad rayonu üzrə 2, Babək rayonu üzrə 8, Culfa rayonu üzrə  4, Şahbuz rayonu üzrə 1, Kəngərli rayonu üzrə 2, Sədərək rayonu üzrə 4 sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb edilmişdir. Ümumilikdə, monitorinq qrupu tərəfindən muxtar respublika üzrə 78 sağlamlıq imkanları məhdud uşağın ailəsinə baş çəkilmiş, yerindəcə uşaqların fiziki, zehni sağlamlıqları araşdırılmış və 19 nəfər ümumtəhsil məktəblərinin I siniflərinə, 15 nəfər məktəbəqədər hazırlıq qrupuna, 6 nəfər uşaq bağçasına, 1 nəfər isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə olmaqla cəmi 41 uşaq təhsilə cəlb edilmişdir.

Görülən bu işlərlə yanaşı Komitə aidiyyəti  dövlət qurumları ilə birgə Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi ilə bağlı monitorinqlərini ötən tədris ilində Naxçıvan şəhəri, Şərur və Babək rayonlarında, cari tədris ilində isə Ordubad rayonunda fəaliyyət göstərən 9 məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisəsində keçirmişdir. Monitorinq zamanı 40 məktəb, 4 bağça,1 musiqi məktəbində təhsil alan sağlamlıq imkanları məhdud uşaq olmaqla 45 uşağın təhsili, tədris prosesi, onlar haqqındakı müvafiq məlumatlar yoxlanılmış, həmçinin həmin təhsil müəssisələrində təhsil alan müvafiq kateqoriyaya aid uşaqların adlı siyahısı dəqiqləşdirilərək, müvafiq qeydlər aparılmışdır. Növbəti monitorinqlərin Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarında davam etdirilməsi nəzərdə tutulmuşdur

Joomla 1.5