"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal satışı yarmarkası" çərçivəsində qadınların əl işlərinin və istehsal etdikləri bal məhsullarının satışı təşkil edilib.

ÇapE-poçt

Bildirilir ki, "Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal satış yarmarkası" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı almış qadınların əl işləri və istehsal etdikləri bal məhsullarının satışı təşkil olunmuşdur.

Satışda muxtar respublikadan olan 97 qadının hazırladığı toxuma, muncuqla iş, dekorativ iş, tikmə, dekorativ tablo, gipslə iş, xalça, tikmə tablo, yağlı boya, yandırma tablo, taxta üzərində oyma olmaqla, ümumilikdə 3100 əl işinin satışı həyata keçirilir. Həmçinin sərmayə kapitalı almış qadınların istehsal etdikləri 200 kiloqrama yaxın bal, 50 kiloqram baldan hazırlanmış şirniyyat məhsulları satışa çıxarılmışdır.

Satış oktyabr ayının 17-si də, davam edəcəkdir.

Joomla 1.5