Monitorinq keçirilib

ÇapE-poçt

Muxtar respublikada qadınlara, o cümlədən qadın sahibkarlığına göstərilən qayğının nəticəsidir ki, qadınların özünüməşğulluq mövqeyi güclənir, iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” və “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası çərçivəsində muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır.

2021-ci il 29 oktyabr tarixdə sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanda monitorinq keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. Əksinə məlum olmuşdur ki, sərmayə kapitalından duzgün istifadə edərək, gəlir əldə etmişlər. Belə ki, ayrılan sərmayə kapitalı ilə Naxçıvan şəhər sakinləri Kəngərli Gülsüm Həsən qızı, Əliyeva Rübabə İbrahim qızı, Şirzadova Xatirə Yusif qızı toxuculuq ləvazimatları, Şahgəldiyeva İmmi Əli qızı, Məmmədova Gülnar Seymur qızı tikiş maşını alaraq kiçik bizneslərini qurmuş və inkşaf etdirmişlər.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5