"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları"nın satış yarmarkası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərgi-satış təşkil edilib.

ÇapE-poçt

Bildirilir ki,"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları"nın satış yarmarkası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların rəsm və əl işləri eləcə də, istehsal etdikləri ailə təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdur. Satışda sərmayə kapitalı alan 15 ailə təsərrüfatçısı qadının 970 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları, o cümlədən 12 litr alma sirkəsi, 42 kiloqram süd və 218 kiloqram ərzaq məsulları sərgi-satışa çıxarılmışdır.

Həmçinin qadınların hazırladığı 748 toxuma, 428 tikmə, 406 dekorativ, 2518 muncuq, 33 gipslə iş, 15 silahsazlıq-ənənəvi qədim döyüş paltarları və döyüş ləvazimatları, 12 xalça, 7 taxta üzərində oyma, 3 taxta üzərində yandırma, 23 dekorativ tablo, 2 yağlı boya olmaqla, 100 qadının 4195 ədad əl işi sərgilənmişdir.

Ümumilikdə sərgi-satışa Komitə tərəfindən 5442 adda əl işi və ailə təsərrüfatı məhsulları çıxarılmışdır.

Satış noyabr ayının 21-i də davam edəcəkdir.
Joomla 1.5