20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə tədbir keçirilib

ÇapE-poçt

Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir.

Ona görə də noyabrın 20-si Ümumdünya Uşaq Günü kimi tarixə düşmüşdür. Bu gün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə xüsusi qeyd edilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Ulu öndərin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılmış, ölkəmiz uşaqlarla bağlı beynəxalq konvensiyalar qoşulmuşmuşdur. Hazırda dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılmışır ki, Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, bu gün muxtar respublika əhalisinin 35.80 faizi və ya 165 min 652 nəfəri uşaqlardır. Ramilə Seyidova qeyd etmişdir ki, hazırda muxtar respublikada 11293 uşaq idmanla məşğul olur, onlar idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalibi adını qazanırlar. Komitə sədri çıxışında bildirmişdir ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərin davamı olaraq cari ilin ötən dövründə 26 uşaq müəssisəsində monitorinqlər aparılmışdır Bundan əlavə, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, indiyədək 36 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
Həmçinin ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanı məhdud, şəhid və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarına bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilmiş, həmçinin hər il 15 sentyabr Bilik Günü ilə əlaqədar müvafiq uşaqlar məktəbli paltarı, dərs ləvazimatları ilə təmin olunmuşdur. Qeyd olunmuşdur ki, Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da nəzarətdə saxlanılmış, cari ildə 51 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cəlb olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilir, yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir, rəsm və əl işlərindən ibarət sərgi və sərgi-satışlar təşkil edilir, həmçinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Görülən işlərin nəticəsidir ki, ildən-ilə sağlamlıq imkanı məhdud olan uşaqların sayı azalmış, uşaq ölümü halları minumuma endirilmişdir. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, hüquq pozan cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.
Komitə sədri çıxışının sonunda Muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış etmişdir. Nazir muxtar respublikada uşaqların təhsilinə, sağlamlıqlarına, təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə mühüm önəm verildiyini vurğulamışdır. Nazir hazırda muxtar respublikada 53028 şagirdin təhsil aldığını, bugünədək 200-dən çox təhsil müəssisəsinin yenidən tikilərək istifadəyə verildiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki,təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən il məzunlardan 3 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

Uşaqların istedadlarının üzə çıxarılması məqsədi ilə görülən tədbirlərdən ətraflı bəhs olunmuşdur.
Sonra nazir uşaqları 20 noyabr ümumdunya Uşaq Gunu münasibəti ilə təbrik etmiş dərslərində onlara uğurlar arzulamışdır. Çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada həyata keçirilən uğurlu dövlət uşaq siyasəti haqqında danışmış, bu sahədə möhkəmlədirilmiş qanunvericilik bazası və qəbul olunan normativ hüquqi aktların əhəmiyyətinə toxunmuşdur. Natəvan Qədimova uşaqların bacarıq və istedadlarının üzə çıxarılması istiqamətində nazirlik tərəfindən atılan addımlar və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Kukla Teatrının fəaliyyət göstərməsi uşaqların istedadlarının üzə çıxarılmasında, bacarıqlarının inkişaf etdirilməsində böyük rola sahibdir. Natəvan Qədimova çıxışının sonunda uşaqları təbrik etmişdir.

Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2020-2021-ci ildə təhsil, idman, incəsənət nominasiyaları üzrə 18 uşağa diplom və hədiyyə təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Gənc Heydərçilər dərnəyinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının vətənpərvərlik mövzusunda çıxışları olmuşdur.

Joomla 1.5