Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən sərgi-satış başa çatıb

ÇapE-poçt

"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları"nın satış yarmarkası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən qadınların rəsm və əl işləri eləcə də, istehsal etdikləri ailə təsərrüfatı məhsullarının sərgi-satışı başa çatıb.

Satışda sərmayə kapitalı alan 15 ailə təsərrüfatçısı qadının 1242 manat dəyərində 638 adda ailə təsərrüfat məhsulu , 35 istedadlı qadının isə 1039 manat dəyərində 181 əl işi satılıb.

Ümumilikdə sərgi-satışda 50 qadının 2281 manat dəyərində 819 adda əl işi və ailə təsərrüfatı məhsulları satılıb.

Sərgi-satış noyabr ayının 21-də başa çatıb.

Joomla 1.5