Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Culfa rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sara Hüseynova açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin muavini Canməmməd Canməmmədov muxtar respublikada, o cümlədən Culfa rayonunda sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs etmişlər.

Tədbirdə Culfa rayonu üzrə 2 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 29 sağlamlıq imkanları məhdud və 20 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 51 uşağa qış geyimləri verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5