Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Kəngərli rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Kənan Məmmədov açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin baş məsləhətçisi Araz İbrahimov və Təhsil Nazirliyi Aparatının orta ixtisas təhsili və peşə məktəbləri ilə iş üzrə şöbəninn baş məsləhətçisi Elnur Qasımov çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişlər.

Tədbirdə Kəngərli rayonu üzrə 1 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 20 sağlamlıq imkanları məhdud və 13 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 34 uşağa qış geyimləri verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5