Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması oktyabr ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, tədbir, seminar, təlim və monitorinqlər keçirilmiş, müsabiqələrin qalibləri mükafatlandırılmışdır.

Ötən ay Şərur şəhərində yaşayan xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı Hüseynovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

“Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları - bal satış yarmarkası”nda 748 toxuma, 348 tikmə, 406 dekorativ, 1518 muncuq, 33 gipslə iş, 12 xalça, 7 taxta üzərində oyma, 3 taxta üzərində yandırma, 23 dekorativ tablo, 2 yağlı boya olmaqla, ümumilikdə, 97 istedadlı qadının 3100 əl işi sərgilənmiş və satışı həyata keçirilmişdir. Həmçinin qadınlar tərəfindən 180 kiloqram süzmə, 10 kiloqram şan bal, 500 qram vərəmum, 1 kiloqram çiçək tozu, 300 ballı sucuq, 2 litr bal şərbəti, 50 kiloqram baldan hazırlanan şirniyyat, 1300 qram mum, 100 qram arı südü yarmarkaya çıxarılmışdır. Yarmarkada 3 qadının 753 manat dəyərində bal və bal məhsulları, 58 qadının 1075 manat dəyərində 570 əl işi satılmışdır. Ümumilikdə hesabat dövründə 61 istedadlı qadının 1102 manat dəyərində 578 əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunmuşdur.

Komitə tərəfindən Gənclər Fondunda gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Həmin müsabiqəyə 79 müəllifin 86 rəsm, inşa yazı və dekorativ tətbiqi sənət işi təqdim olunmuşdur. “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda müsabiqəyə isə 54 film və foto təqdim edilmişdir. Bu müsabiqədə qalib olmuş istedadlı şəxslərdən 2-nə I yer olmaqla hər birinə 200 manat, 2-nə II yer olmaqla hər birinə 150 manat, 2-nə III yer olmaqla hər birinə 100 manat pul mükafatı, 8-nə isə həvəsləndirci yer olmaqla hər birinə hədiyyə və diplom təqdim olunmuşdur. Sonda müsabiqəyə təqdim edilmiş fotolardan hazırlanmış videoçarxa baxış olmuş, “Ən yaxşı film” nominasiyasına layiq görülmüş film izlənilmiş və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikasında tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınmış, komitədə yaradılmış bazaya əlavə edilmiş, təhlili aparılmışdır. Bununla bağlı Şərur rayonu üzrə 181 qadınla əlaqə saxlanılmış, onlardan 22-nin öz təsərrüfatını qurması və 14-nün peşə fəaliyyətinə yönləndirilməsi ilə bağlı komitə tərəfindən müvafiq tədbirlər görülür. Əlavə olaraq sərmayə kapitalı verilmiş qadınlarla bağlı kataloqun hazırlanması üçün lazımi tədbirlər görülür.

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin iş yerində və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, nöqsana rast gəlinməmişdir.

Şahbuz rayonunda yaşayan əlil və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və müvafiq dərnək rəhbərləri olan qadınlar üçün xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə 16 nəfər iştirak etmişdir. Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Şahbuz rayon Ahıllar Evində tədbir keçirilmiş, 7 ahıl vətəndaşa hədiyyələr təqdim olunmuşdur.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar oktyabr ayı ərzində tədrisə cəlb edilmiş 68 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 10 müəssisədə, həmçinin həmin kateqoriyadan olan 34 uşağın məktəbəqədər və təhsil müəsissələrinə cəlbi ilə bağlı evində monitorinq keçirilmişdir. Monitorinq çərçivəsində 10 sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər müəssisəyə cəlb olunmuşdur.

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşağın evində monitorinq keçirilmiş, uşaq hüquqlarının pozulması halı aşkarlanmamışdır.

Ötən ay Babək rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Joomla 1.5