Azərbaycan xalqının milli qurtuluşuna gedən yolda 3 sentyabr 1991-ci il tarixi olduqca mühüm əhəmiyyətə malikdir

ÇapE-poçt

Həmin tarixdə Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Bu o demək idi ki, müvafiq qanunvericiliyə əsasən Ümummilli lider bu vəzifə ilə paralel olaraq həm də, ölkənin ali qanunvericilik orqanında muavin vəzifəsini icra etməyə başlamışdır. Artıq bu hadisə ilə Ulu öndər xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün başladığı mübarizəni yeni mərhələdə, daha da sistemli formada davam etdirərək xalqın xilasına nail ola bilmişdir.

Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı.

Joomla 1.5