"İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının 2020-ci il 30 dekabr tarixli 5 - VI QN Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.

3.Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.

4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Joomla 1.5